Baş nazirin müavini Azərbaycan ərazisindən narkotiklərin daşındığı beynəlxalq marşrutları açıqlayıb

Baş nazirin müavini Azərbaycan ərazisindən narkotiklərin daşındığı beynəlxalq marşrutları açıqlayıb
# 05 aprel 2013 09:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur”.

APA-nın məlumatına görə, bunu Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov Komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ölkənin 132 km-lik sərhədinin nəzarət olunmayan əraziyə çevrilməsinə səbəb olub.

Ə. Həsənov deyib ki, hazırda ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir. Bunlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır: “Lakin beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdır. Bu marşrut BMT-nin hesabatlarına daxil edilmir. Biz bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət də göndərmişik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR