Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru vəzifəsinə yeni təyinat olub

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru vəzifəsinə yeni təyinat olub
# 05 aprel 2013 15:03 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təşkilatın Moskva bölməsinin rəhbəri İlqar Hacıyev ÜAK-ın icraçı direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu ilin fevralın 5-də Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclasında qurumun prezidenti Məmmədbağır Əliyev icraçı direktor vəzifəsini Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova təklif edib.

Q. Osmanov isə hazırda diplomatik fəaliyyətlə məşğul olduğunu əsas gətirərək, təklifi qəbul edə bilməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR