Prokuror xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşına iş istəyib

Prokuror xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşına iş istəyib
# 08 aprel 2013 08:25 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, K.Kazımovun 11 il 6 ay, Y.Kiyasov və O.Polkovanın hər birinin 10 il, E.Əkbərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 12-də davam etdiriləcək.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR