Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı başlayıb

Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı başlayıb
# 01 may 2013 07:28 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat müddəti mayın 20-dək davam edəcək.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyent qəbul imtahanlarında iştirak etmək üçün ümumi qaydada elektron ərizəsini rəsmiləşdirməli, öz elektron ərizəsinə daxil olaraq "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni çap etməli, sonra seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak etməlidir.

Seçmə turlar mayın 1-dən mayın 20-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış QİK-lərdə keçiriləcək. Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı iyulun 18-24-də, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul - 1 avqustda, İdman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul - 12 avqustda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR