Rusiya prezidentinin xüsusi nümayəndəsi İranda səfərdədir

Rusiya prezidentinin xüsusi nümayəndəsi İranda səfərdədir
# 24 aprel 2013 09:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Rusiya xarici işlər nazirinin müavini, prezident Vladimir Putinin Yaxın Şərq regionu üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov İranda səfərdədir.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki günlük səfər İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyanın dəvəti əsasında həyata keçirilib.

Məqsəd İran rəsmiləri ilə Yaxın Şərq, Fars körfəzi və Şimali Afrikada gedən son prosesləri müzakirə etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR