Mətbuat Şurasında Venesiya Komissiyasının nümayəndələri ilə görüş keçirilib - FOTO

Mətbuat Şurasında Venesiya Komissiyasının nümayəndələri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 11 aprel 2013 09:13 (UTC +04:00)


Bakı-APA. Mətbuat Şurasında (MŞ) Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanda səfərdə olan təmsilçiləri və ekspert heyəti ilə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvləri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu diffamasiya ilə bağlı olub.

MŞ sədri Əflatun Amaşov öncə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, əsas missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn Mətbuat Şurası təkcə müxtəlif vətəndaş qruplarının təşkilata ünvanladıqları şikayətləri araşdırmır, eyni zamanda media ilə əlaqədar təkliflər irəli sürür, tematik toplantılar gerçəkləşdirir: «Mətbuat Şurası diffamasiya məsələsini həmişə gündəmdə saxlayıb. 2010-cu ildən isə mövcud istiqamətdəki fəaliyyəti sistemli şəkil alıb. Həmin il ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya ilə bağlı qanun layihəsinin hazırlanmasına başlanılıb. Layihə üzərində il yarımdan artıq müddətdə iş aparılıb və sənəd media ictimaiyyətinin müzakirəsinə təqdim olunub. Qanun layihəsi ətrafında çoxsaylı müzakirələr, hətta iki beynəlxalq konfrans da düzənlənib», - deyən Ə.Amaşov diffamasiya müzakirələrinin davamının yekun qanunun qəbuluna dəstək baxımından əhəmiyyətindən söz açıb. Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinin də ümumi işə fayda verəcəyinə əminliyini vurğulayıb.

Avropalı qonaqlar qanun layihəsi ilə bağlı bir sıra fikirlərini bölüşüblər. Onların sualları cavablandırılıb. Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə diffamasiya ilə əlaqədar beynəlxalq təcrübənin müxtəlif maraqlı aspektləri nəzərdən keçirilib.

Qeyd edək ki, Herdis Thorgeisdottirin rəhbərlik etdiyi Avropa Şurası (AŞ) Venesiya Komissiyasının nümayəndə heyətinin tərkibinə komissiyanın üzvləri Riçard Kleyton, AŞ-ın Media Departamentinin eksperti Qevin Millar, Avropa Məhkəməsi qərarlarının icrası departamentinin sektor müdiri xanım İren Kitsu-Milonas, həmçinin Komissiyanın Katibliyinin Demokratik təsisatlar və əsas hüquqlar şöbəsinin müdiri xanım Artemiza-Tatyana Çiska daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR