Ottavada Xocalı soyqırımının ildönümü ilə əlaqədar yürüş keçirilib

Ottavada Xocalı soyqırımının ildönümü ilə əlaqədar yürüş keçirilib
# 22 fevral 2013 22:53 (UTC +04:00)

Bakı-APA. Dünən Ottavada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar yürüş keçirilib. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.

Kanada parlamentinin qarşısından başlayaraq, Ermənistanın Ottavadakı səfirliyinə kimi davam edən yürüşdə Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız, eləcə də həmin şəhərlərin universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Yürüş zamanı 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılıb. Yürüş iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb etmiş, Kanada millət vəkillərini Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR