Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyə əhalisinin sayı açıqlanıb
# 14 fevral 2013 15:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyədə keçirilən əhalinin siyahıya alınması prosesinin nəticələri bəlli olub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Türkiyə əhalisinin sayı 76 milyon nəfərdir.

Əhalini qeydiyyata alan Türkiyə Statistika İdarəsinin proqnozlarına əsasən 2023-cü ildə ölkədə 84 milyon 247 min nəfər yaşayacaq, əhalinin çoxu 34 yaşından yuxarı vətəndaşlar olacaq. Proqnoza əsasən 2050-ci ildə Türkiyə əhalisinin sayına görə dünyada 20-ci, 2075-ci ildə isə 24-cü yeri tutacaq. Hazırda Türkiyə əhalisinin sayına görə dünyada 17-cidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR