AMEA Gəncə Regional Elmi Bölməsinin tərkibində 12 elmi-tədqiqat institutu yaradılacaq

AMEA Gəncə Regional Elmi Bölməsinin tərkibində 12 elmi-tədqiqat institutu yaradılacaq
# 07 fevral 2013 11:58 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Ölkə prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Bölməsinin tərkibində 12 elmi-tədqiqat institutu yaradılacaq.

Bunu APA-ya açıqlamasında Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə deyib.

Onun sözlərinə görə, Bölmə Nazirlər Kabinetinin qərarından sonra fəaliyyətə başlayacaq. Bölmədə Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Nizami Mərkəzi, Nəbatat Bağı, Aqrar Tədqiqatlar İnstitutu, Bioresurslar İnstitutu yaradılacaq. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olan Bitkiçilik İnstitutu, Heyvandarlıq İnstitutu kimi elmi müəssisələrin də Gəncə Elmi Bölməsinin tərkibinə veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR