Boston terrorunda ölənlərin sayı 3-ə çatıb

Boston terrorunda ölənlərin sayı 3-ə çatıb
# 16 aprel 2013 07:02 (UTC +04:00)

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu Boston polisi açıqlayıb. Daha əvvəl biri 8 yaşlı uşaq olan 2 nəfərin öldüyü bildirilmişdi. Boston xəstəxanalarından verilən xəbərlərə əsasən xəsarət alanların sayı azı 140 nəfərdir, onlardan 17-nin durumunun ağır olduğu deyilir.

Xatırladaq ki, aprelin 15-də yerli vaxtla saat 14.50-də ənənəvi illik Boston marafonunun yekun mərhələsində - iştirakçıların çoxunun finiş xəttini keçməsindən sonra 20 saniyə fasilə ilə iki partlayış baş verib. Partlayışlardan sonra hadisə yerində daha iki, qonşu küçədə isə bir partlayıcı qurğu aşkarlanıb. Yeni terror aktlarının qarşısını almaq məqsədilə hakimiyyət orqanlarının tapşırığı ilə şəhər ərazisində mobil rabitə kəsilib.

ABŞ hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. Hələlik heç bir təşkilat olayı sahiblənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR