«Bank of Baku» güzəştli kredit kampaniyasına başlayıb

«Bank of Baku» güzəştli kredit kampaniyasına başlayıb
# 12 mart 2013 08:03 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC bahar mövsümünün gəlişi ilə əlaqədar müştərilərin bayram və gündəlik ehtiyaclarını qarşılamaq üçün güzəştli «Bahar gəldi, işlər düzəldi» adlı kredit kampaniyasına başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 12-dən mayın 15-dək vətəndaşlar pul kreditinə 3%-lik endirimdən yararlana bilər. Kreditin maksimal məbləği 10 min manat, müddəti isə 30 aya kimidir.

Kredit kampaniyasının digər cəhəti ondan ibarətdir ki, nağd pula ehtiyacı olan, lakin hazırda nağd krediti olan şəxslər belə ondan bəhrələnə bilər. Beləliklə, kredit borcu olan vətəndaşlar paralel kredit ala bilər.

«Bahar gəldi, işlər düzəldi» kampaniyasının təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. «Bank of Baku» istənilən sualı onlayn rejimdə də cavablandırır. Bunun üçün bankın www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi– www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR