ARDNŞ gələn il səmt qazının yandırılmasını dayandıracaq

ARDNŞ gələn il səmt qazının yandırılmasını dayandıracaq
# 04 fevral 2013 14:38 (UTC +04:00)

Bakı – APA-Economics. Qarşıdakı 1-1,5 il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yataqlarından səmt qazının yandırılmasına son qoyulacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.

Onun sözlərinə görə, son bir ildə ARDNŞ tərəfindən yandırılan səmt qazının həcmi ildə 436 mln. kubmetrdən 126 mln. kubmetrədək azaldılıb. Hazırda ARDNŞ xətti ilə çıxarılan qazın 97%-i utilizasiya olunur.

«Yandırılan qazın həcmi cəmi 3% təşkil edir ki, qarşıdakı 1-2 ildə bu rəqəm sıfıra endiriləcək», - deyə R.Hüseynzadə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR