Azərbaycan və Gürcüstan arasında gömrük sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanacaq

Azərbaycan və Gürcüstan arasında gömrük sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanacaq
# 22 aprel 2013 09:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Gürcüstanın gömrük orqanları arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanacaq. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstan Gömrük Administrasiyası Xarici əlaqələr Departamentinin rəhbəri Samson Urudia bildirib.

Bu sənəd tərəflər arasında gömrük sahəsində əməkdaşlığı bir qədər də inkişaf etməsinə səbəb olacaq və gömrük nəzarətinin keyfiyyətini yaxşılaşdıracaq.

S.Urudia qeyd edib ki, sənəd ÜTT-nin standartları əsasında hazırlanıb. Gömrük sahəsində münasibətlərin inkişafı iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR