Təhsil naziri ali məktəb rəhbərlərinə tapşırıq verib

Təhsil naziri ali məktəb rəhbərlərinə tapşırıq verib
# 12 aprel 2013 08:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 2013-cü ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ilə bağlı tələb olunan xərclər aidiyyəti ali təhsil müəssisələrinin 2013-cü il üçün təsdiq olunmuş büdcə üzrə xərclər smetasının və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının müvafiq xərc yarımmaddəsinin vəsaiti hesabına aparılsın və ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə məlumatlar Təhsil Nazirliyinə təqdim edilsin.

Əmrin icrası nazir müavini Qulu Novruzova tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR