Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının siyahısı təsdiq edilib

Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının siyahısı təsdiq edilib
# 12 aprel 2013 08:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin sifarişi əsasında 2013-cü ildə Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının siyahısı təsdiq edilib. APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov müvafiq əmr imzalayıb. Əmrə əsasən Təhsil Problemləri İnstitutunun rəhbəri Abdulla Mehrabova tapşırılıb ki, siyahıya daxil olan tədqiqat mövzularının hər biri TPİ-nin Elmi Şurası tərəfindən 15 gün müddətinə layihə şəklində təsdiq olunsun və onların yerinə yetirilməsi üçün işçi qrupları yaradılsın. Bundan əlavə, tədqiqatlar aparılarkən müvafiq beynəlxalq təcrübənin müqayisəli öyrənilməsinə önəm verilməli, tədqiqatlar üzrə yekun hesabatlara daxil edilən nəticə və təkliflərin faktiki materiallara əsaslanması təmin olunmalıdır. Cari ilin sonunda növbəti il üçün tədqiqat mövzuları müəyyənləşdirilməli və 2013-cü il 25 dekabr tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməlidir.

Nazir əmrin icrasını ö üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR