Azərbaycanda bir gündə iki məhbus xəstəlikdən ölüb

Azərbaycanda bir gündə iki məhbus xəstəlikdən ölüb
# 30 aprel 2013 15:55 (UTC +04:00)

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Müəssisədə müalicə olunan məhbuslar – 1951-ci il təvəllüdlü Məhəddin Şirinov və 1953-cü il təvəllüdlü Saməddin İsmayılov xəstəlikdən dünyasını dəyişiblər.

Dünyasını dəyişən məhkumların hər ikisinin meyiti ekspertizadan keçirilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra onların ölümünün səbəbləri məlum olacaq.

Qeyd edək ki, M. Şirinov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 10 il, S. İsmayılov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər ikisi bir neçə ilə əvvəl məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR