Türkiyə İranla neft müqaviləsinin müddətini uzadacaq

Türkiyə İranla neft müqaviləsinin müddətini uzadacaq
# 08 aprel 2013 12:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Türkiyə İranla bu ilin avqust ayında bitəcək neft müqaviləsinin müddətini uzadacaq. APA-nın IRIB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, ölkəsi bu ilin mart ayında İrandan 114 min barel neft idxal edib: «İran ilə müqavilə müddətinin uzadılmasının ardından Türkiyə bu ölkədən daha müəyyən miqdar neft idxal edəcək».

T.Yıldız həmçinin Türkiyənin İrandan neft idxalının 2013-cü ilin yanvarında əvvəlki aya nisbətən 19% azaldığını deyib.

Qeyd edək ki, Türkiyənin İrandan neft idxalında 2013-cü ilin yanvar ayında əvvəlki ilə nisbətən 11% azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR