Hesablama Palatası: Azərbaycanda icbari tibbi sığortaya ayrılan vəsait dörd ildir büdcəyə qaytarılır

Hesablama Palatası: Azərbaycanda icbari tibbi sığortaya ayrılan vəsait dörd ildir büdcəyə qaytarılır
# 05 aprel 2013 10:22 (UTC +04:00)

APA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, ildən-ilə hesabatlar daha geniş və hərtərəfli şəkildə parlamentə təqdim olunur.

O qeyd edib ki, bu hesabatlar Milli Məclisə, ayrı-ayrı strukturlara verilir: “Düşünürəm ki, gələcəkdə ictimaiyyətə də bu hesabatlar verilməlidir. İctimaiyyət bilməlidir ki, dövlət büdcəsini talayan şəxslər haqqında ölçü götürülür, mənimsənən vəsait geri qaytarılır”. O hesabata səs verəcəyini bildirib. Deputatlardan Zahid Oruc, İlham Məmmədov, Əli Məsimli və digərləri də çıxış edərək, hesabatı müsbət qiymətləndirib və səs verəcəklərini bildirib.

Deputat Qənirə Paşayeva isə hesabatda icbari tibbi sığortanın tətbiq olunmamasından narahatlığını ifadə edərək bildirib: “Hesabatda qeyd olunur ki, 4 ildir bu sahəyə dövlət büdcəsindən vəsait ayrılsa da, xərclənmədiyindən yenidən büdcəyə qaytarılır. Halbuki icbari tibbi sığorta tətbiq edilməyənədək ölkədə səhiyyənin inkişafından danışmaq olmaz”.

Deputat Mübariz Qurbanlı da hesabatı müsbət qiymətləndirərək deyib ki, Hesablama Palatasının vəzifəsi vəsaitin büdcəyə qaytarılması deyil, büdcə vəsaitinin dağıdılmasının qarşısını almaqdır. O, bəzi həmkarlarının bu kimi iddialarını əsassız sayıb.

Deputat İlyas İsmayılov da hesabatı normal qəbul etsə də, ciddi iradlar əsaslandırıb: “Palata sədri ötən ilki hesabatında nöqsanlar barədə adlarını çəkdiyi müəssisələrin bu dəfə də təkrar adlarını çəkdi. Deməli, həmin müəssisələrdə ciddi problemlər var və dərhal o müəssisələr barədə ciddi tədbirlər görülərək islahatlar aparılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR