Bakının avtomobil yollarındakı vəziyyət haqqında məlumatları mobil telefonla əldə etmək mümkün olacaq

Bakının avtomobil yollarındakı vəziyyət haqqında məlumatları mobil telefonla əldə etmək mümkün olacaq
# 26 fevral 2013 09:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq üçün mobil telefonlar üçün proqram təminatı istifadəyə verib.

«APA-Economics»in NİİM-ə istinadən verdiyi məlumata görə, proqram təminatını mobil telefona yükləmiş istifadəçi real vaxt rejimində Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında, elanlar və digər məlumatlar əldə edə bilir.

«Mobil tətbiq tamamilə pulsuzdur və artıq istifadəyə verilib. Hazırda proqram təminatı «iPhone 3GS», «iPhone 4», «iPhone 4S», «iPhone 5», «iPod touch» (3-cü, 4-cü və 5-ci nəsil) və «iPad iOS 4.3» qurğuları tərəfindən dəstəklənir», - deyə Mərkəzin məlumatında bildirilir.

Tətbiqi aşağıdakı linkdən yükləmək mümkündür: https://itunes.apple.com/az/app/baku-its/id587351186?mt=8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR