ABŞ “Sepah”ın Qüds qanadının 3 rəsmisinə sanksiya tətbiq edib

ABŞ “Sepah”ın Qüds qanadının 3 rəsmisinə sanksiya tətbiq edib
# 27 mart 2012 23:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının 3 rəsmisinə sanksiya tətbiq edib. APA-nın məlumatına görə, bunlar İsmail Ğəni, Səid Əliəkbər Təbatabai və Hüseyn Ağacanidir. Sanksiyaya əsasən, onların ABŞ-dakı bütün aktivləri dondurulub. Eyni zamanda ABŞ vətəndaşlarına həmin şəxslərlə istənilən əməkdaşlıq etmək qadağan olunub.
ABŞ maliyyə nazirinin terrorizm və maliyyə informasiyası üzrə müavini Devid Kohen məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, İran Yaxın Şərq, Afrika və başqa regionlarda təxribatlarını davam etdirir: “Bu ölkə Suriya və Afrikada zorakılığı dəstəkləmək məqsədilə silah verir. ABŞ Maliyyə Nazirliyi bundan sonra da İran rəsmilərinin və şirkətlərinin bu cür fəaliyyətlərini ifşa edəcək və onları məsuliyyətə cəlb etməyə çalışacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR