Xaçmazda 7 yaşlı uşağı maşın vurub

Xaçmazda 7 yaşlı uşağı maşın vurub
# 17 sentyabr 2012 17:35 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Sentyabrın 17-də axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Niyazabad yolunda qeydə alınıb.Həmin yolla hərəkət edən 57-BM-809 dövlət nömrə nişanlı “VAZ 21 099” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən 7 yaşlı Tahir Yaqubovu vurub. T.Yaqubov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR