«Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb – FOTO

«Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb – <font color=red>FOTO </font>
# 14 iyun 2012 10:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin tərtib etdiyi «Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb. İnstitutdan APA-ya verilən məlumata görə, 11700 sözü əhatə edən bu lüğət Yusif Mirbabayevin 1945-ci ildə tərtib etdiyi lüğət əsasında hazırlanıb. Y.Mirbabayevin lüğətindən fərqli olaraq, təqdim olunan lüğətdə farsca sözlərin transkripsiyası verilib. Lüğətin sözlüyü fars, rus və Azərbaycan dillərinin tezlik lüğətlərində yüksəktezlikli sözlər əsasında müəyyənləşdirilib. Yeri gəldikdə mövcud farsca, rusca, azərbaycanca lüğətlərə müraciət olunub, bir çox sözlərin tərcüməsi dəqiqləşdirilib, yeni sözlər əlavə edilib. Rusca, azərbaycanca sözlük yeni orfoqrafiya qaydalarına uyğunlaşdırılıb.
Lüğət fars, rus, və Azərbaycan dillərinə maraq göstərən, onları müstəqil öyrənən geniş oxucu kütləsi, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR