İran Hörmüz boğazının bağlanma şərtlərini açıqlayıb

İran Hörmüz boğazının bağlanma şərtlərini açıqlayıb
# 31 iyul 2012 04:54 (UTC +04:00)
Bakı-APA. Nə qədər ki, Tehranın maraqlarına toxunulmayıb, İran Hörmüz boğazını bağlamayacaq. Bu barədə İran hərbi komandanlığının nümayəndəsi Məsud Cəzayeri bəyan edib.

«İranın məqsədi dünya ictimaiyyətinin bütün üzvlərinə Hörmüz boğazından istifadəyə imkan verməkdir. Əgər bu bizim maraqlarımıza ziyan vursa, görəcəyimiz tədbirlər əks-xarakterli olacaq», deyə Cəzayeri bildirib.

Dünyada hasil olunan neftin 20%-dən çoxu hər gün Hörmüz boğazından Oman körfəzinə keçir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR