«Azərqarant Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Azərqarant Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 28 mart 2012 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərqarant Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 561 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 5,610 mln. manat təşkil edir. Emissiya «Azərqarant Sığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 521 manat olan 10 min ədəd – 5,210 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 7,7% artaraq 5,610 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 5,210 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR