"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a əlavələr edilib
!["Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a əlavələr edilib](https://apa.az/storage/news/2012/may/31/big/blank.jpg)
Bakı. Şəhriyar Əlizadə - APA. Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da əlavələr edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, əlavələr vəsiyyətnamələrin verilməsi ilə bağlıdır. Əlavədə notarius vəsiyyətnaməni depozitə qəbul edərkən vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən etməsi və onun fəaliyyət qabiliyyətini yoxlaması, həmçinin digər məsələlər qeyd olunub. Əlavəyə əsasən notarius vəsiyyətnamənin qoyulduğu zərfin vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən etibarlı bağlandığını və sonradan açılmadığını təsdiq etmək üçün zərfin bağlanan hissəsinə möhür vurur.
Notarius vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır.
Depozitin yeri dəyişdirildikdə, notarius bu barədə digər şəxslərə məlumatın çatmasını istisna edən üsullarla vəsiyyətnaməni təqdim edən şəxsə məlumat verir.
Əlavədə notariusun fəaliyyətinə xitam verildikdə, depozitə qoyulmuş vəsiyyətnamələrin həmin ərazi üzrə təyin edilmiş notarius tərəfindən saxlanılması və digər məqamlar qeyd olunub.

Sosial
![Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/25/big/667af4d30121e667af4d30121f1719334098667af4d30121a667af4d30121c.jpg)
Şahbuza yağan güclü yağış bir sıra fəsadlar törədib - FOTO
![Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib](https://apa.az/storage/news/2024/june/25/big/667adebbe7b84667adebbe7b8517193284432a5c3d6302ff2466f8e429da30c0062d.jpg)
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişib
![FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub](https://apa.az/storage/news/2024/june/25/big/667ab979b7e37667ab979b7e381719318905667ab979b7e35667ab979b7e36.jpg)
FHN-in Akademiyasında Silahlı Qüvvələri Günü qeyd olunub
![Naxçıvana dolu yağıb - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO](https://apa.az/storage/news/2024/june/25/big/667ab1a405529667ab1a40552a1719316900667ab1a405527667ab1a405528.jpeg)