Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
# 31 iyul 2012 10:22 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət beynəlxalq işçi qrup tədbirlə bağlı hazırlıq işlərinə başlayıb. Xatırladaq ki, bu qurumların tərəfdaşlığı ilə birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçirilib.

Birinci forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın bir çox nüfuzlu beyin mərkəzlərinin və media təşkilatlarının əməkdaşları, ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə vətəndaşı iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanına əsasən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Azərbaycanda keçirilməsi qərara alınıb, tədbirin əlaqələndirici qurumu funksiyası isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR