Bakıda “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 20 iyun 2012 08:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfrans Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən mərkəzin direktoru Fərhad Məmmədov deyib ki, konfransın əsas məqsədi dünyada fəaliyyət göstərən müxtəlif muxtariyyət modellərini yaxından öyrənmək, onlarla Azərbaycan cəmiyyətini tanış etmək, bu cür modellərin bəzi elementlərinin Qafqazdakı münaqişələrin həlli prosesində tətbiqini müzakirə etməkdən ibarətdir. O bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi uzun prosesdir və bir anda yekunlaşa bilməz: “Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. İlk mərhələdə işğal olunmuş ərazilər boşaldılmalı və azərbaycanlı əhali Dağlıq Qarabağ və ətraf ərazilərə köçürülməlidir. İkinci mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirməkdən danışmaq olar”.
F. Məmmədov qeyd edib ki, SAM bir neçə ildir dünyada etnik-ərazi münaqişələrinin həlli və münaqişədən sonrakı mərhələdə dinc yanaşı yaşamaq mexanizmlərinin öyrənilməsi üzrə layihələr həyata keçirir: “2011-ci ilin sonunda SAM nümayəndələri İtaliyanın Cənubi Tirol bölgəsində olublar və bu presedenti öyrənməyə başlayıblar. Bu gün keçirdiyimiz konfransla biz italyan həmkarlarımızla bu böyük layihənin ikinci mərhələsini yekunlaşdırırıq”.
İtaliyanın Trento Universitetinin hüquq fakültəsinin professoru Roberto Tonitati Cənubi Tirol münaqişəsinin yaranması və sülh yolu ilə həllindən danışıb. O qeyd edib ki, zaman faktoru istənilən münaqişə üçün çox önəmli faktordur: “Cənubi Tirol prosesi xeyli vaxt aparıb, lakin uğurla nəticələnib və uğurlu nümunə ola bilər. Cənubi Tiroloun almandilli əhalisi hazırda Avstriya ilə transsərhəd əməkdaşlığı davam etdirir və proses Avropa Birliyi tərəfindən dəstəklənir”.
Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər fakültəsinin professoru Mitya Jagar Avropada milli azlıqların hüquqlarının müdafiəsindən bəhs edərək deyib ki, dünyada mütləq homogen cəmiyyətlər yoxdur: “İstənilən ölkədə və cəmiyyətdə çox az da olsa milli azlıqlar yaşayır və onların maraqlarını diqqətə almaq lazımdır”.
Sonra konfrans sessiyalarda işini davam etdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR