Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 11 iyul 2012 06:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) isitmə-soyutma, havalandırma, su, kanalizasiya sistemlərinə və avadanlıqlarına texniki servis xidmətlərinin alınması ilə bağlı tender elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tender prosedurası bu ilin avqust ayının 9-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək. İddiaçılar tender təkliflərini avqust ayının 8-dək AMB-yə təqdim etməlidir.

Qeyd edək ki, tenderdə iştirak haqqı 100 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR