AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2839, AMFBI indeksi 1,0001 təşkil edib
30 avqust 2012 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq avqust ayının 30-na 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2839 bənd və ya 28,4% artaraq 1,2839 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
ACBDI indeksinin artması avqustun 29-da bir not buraxılışın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.