Eşton: İran təcili tədbirlər görməlidir

Eşton: İran təcili tədbirlər görməlidir
# 28 sentyabr 2012 02:57 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq ictimaiyyətin İranın nüvə proqramının dinc xarakterli olduğuna inanması üçün “altılıq” ölkələri Tehrandan təcili tədbirlər gözləyirlər. Bu barədə Avropa diplomatiyasının başçısı Ketrin Eşton bəyan edib.

“Biz İranın nüvə proqramını nəzərdən keçirərkən Tehran təcili tədbirlər görməlidir”, deyə Eşton bildirib.

İranın nüvə proqramına dair “altılığa” ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya daxildirlər. İran nüvə proqramının dinc xarakter daşıdığını iddia etsə də, Qərb ölkələri Tehranı nüvə silahı hazırlanmaqda ittiham edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR