Bakı-Tiflis-Ərzurum qaz kəmərindəki partlayış «Şahdəniz»dən hasilata təsir etməyib

Bakı-Tiflis-Ərzurum qaz kəmərindəki partlayış «Şahdəniz»dən hasilata təsir etməyib
# 09 oktyabr 2012 16:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış baş verməsi və onun nəticəsində qaz nəqlinin dayanması «Şahdəniz» yatağından qazın hasilatına təsir etməyib.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qaz anbarları var və bu müddətdə “Şahdəniz”dən hasil olunan bütün qaz həmin anbarlara vurulur.

Qeyd edək ki, oktyabrın 3-də Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində Qars şəhərinin Sarıqamış qəsəbəsində baş verən partlayış nəticəsində kəmərin 15 metr uzunluğunda olan hissəsi sıradan çıxıb və Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. R.Abdullayev bildirib ki, kəmərin Türkiyə ərazisindən keçən hissəsinin qorunması üçün Türkiyə tərəfi məsuliyyət daşıyır.

ARDNŞ rəhbərinin sözlərinə görə, hazırda «Şahdəniz»dən gündə 21-22 mln. kubmetrə qədər qaz hasil edilir. Hazırda Azərbaycandakı yeraltı qaz anbarlarına 3 mlrd. kubmetrdən artıq qaz vurulub: “Naxçıvanda da qaz anbarı yaradılır. Artıq bizim qazma idarəmiz tərəfindən qaz anbarlarının yaradılması üçün qazma və geologiya işləri aparılır. Naxçıvandakı qaz anbarının tutumu ilkin dövrdə 50 mln. kubmetr olacaq, sonra isə 200 mln. kubmetrədək artırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR