Azərbaycanın sənaye sektorunda istehsalçı qiymətləri sabit qalıb

Azərbaycanın sənaye sektorunda istehsalçı qiymətləri sabit qalıb
# 16 oktyabr 2012 10:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabr ayında Azərbaycanda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətlərinin 0,5% azalması, emal sənayesi üzrə 2,3% və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərinin 0,3% yüksəlməsi nəticəsində ölkə üzrə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ay səviyyəsində qalıb. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,5%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2% azalıb.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri dəri və dəri məmulatları, ayaqqabıların istehsalı üzrə 3,5%, əczaçılıq məhsulları üzrə 1,2%, geyim üzrə 1,0%, kağız və karton, kompüter və digər elektron avadanlıqlar üzrə 0,1% azalıb, tikinti məmulatları üzrə 6,5%, qida məhsulları üzrə 3,2%, içki üzrə 2,9%, elektrik avadanlıqları üzrə 2,1%, neft məhsulları və mebel üzrə 2,0%, kimya sənayesi üzrə 1,0%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5%, tütün məmulatları üzrə 0,4%, ağac emalı və ağacdan məmulatlar, rezin və plastik kütlə məmulatları və poliqrafiya fəaliyyəti üzrə 0,3%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,2% yüksəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR