Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft-qaz boruları üzrə daha bir standartı təsdiq edib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft-qaz boruları üzrə  daha bir standartı təsdiq edib
# 16 iyul 2012 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən AZS QOST R 52079-2012 «Magistral qaz, neft və neft məhsulları xətləri üçün qaynaqlanmış polad borular. Texniki şərtlər» dövlət standartı təsdiq edilib.

SMPDK-dan «APA-Economics»ə verilən məlumata görə, standart magistral qaz, neft və neft məhsulları xətlərinin çəkilişində və təmirində istifadə olunan, 9,8 Mpa-dək işçi təzyiqlə və müsbət 50 dərəcədən mənfi 60 dərəcə temperaturadək korroziya olunmayan aktiv məhsulları (təbii qaz, neft və neft məhsulları) nəql edən, diametri 114-1420 mm olan düzşovlu və spiralşovlu qaynaqlanmış polad borulara olan tələbləri müəyyən edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR