Azərbaycan nümayəndə heyəti Türkiyədə keçiriləcək XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Türkiyədə keçiriləcək XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
# 10 aprel 2012 11:57 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin açılışı aprelin 11-də İstanbulda olacaq. Toplantıda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdan ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı toplantının builki Zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq. Toplantıda Azərbaycan prezidentinin məktubu oxunacaq.

Qeyd edək ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Fəxri qonaq qismində iştirak edəcək. Şeyxülislam Zirvə toplantısında mədəniyyətlərarası dialoq və əməkdaşlıq mövzusunda məruzə ilə çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən olan dinlərarası dialoqa dair mövcud müsbət təcrübə barədə danışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR