«Ümid» qaz yatağının işlənməsi prosesi Azərbaycanın 30-50 il müddətində qaza olan daxili tələbatından asılı olacaq

«Ümid» qaz yatağının işlənməsi prosesi Azərbaycanın 30-50 il müddətində qaza olan daxili tələbatından asılı olacaq
# 06 iyun 2012 08:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Ümid» qaz yatağının işlənməsi prosesi Azərbaycanın qarşıdakı 30-50 il müddətində qaza olan daxili tələbatından asılı olacaq. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, hazırda yataqda qazılmış ilk hasilat quyusundan hasilatın sentyabrda başlanması nəzərdə tutulub. Amma yatağın daha geniş istismarı ölkənin qaza olan daxili tələbatından asılı olacaq: “Dövlət başçısının tapşırığı ilə biz qarşıdakı 30-50 il müddətinə ölkənin balansı üzrə proqnozları hazırlayırıq və onun nəticələrindən asılı olaraq “Ümid” yatağından nə dərəcədə aktiv istifadə olunacağı müəyyən ediləcək», - deyə R.Abdullayev bildirib.

ARDNŞ prezidentinin sözlərinə görə, hazırda “Ümid” yatağında 20% pay özəl şirkətə – “Nobel OİL”-a məxsusdur: «Biz bu yataqda qazma işlərinə “Nobel Oil” qazma şirkətinin gücündən istifadə etməklə başlamışdıq. Onların bu yataqda 20%-ə qədər payı var».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR