Azərbaycanın dövlət qulluqçuları Türkiyədə səfərdə olub

Azərbaycanın dövlət qulluqçuları Türkiyədə səfərdə olub
# 05 mart 2012 13:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın 5 dövlət orqanını təmsil edən dövlət qulluqçuları Türkiyədə səfərdə olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub. Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinə Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri daxil olub. Səfər ərzində Azərbaycan nümayəndə heyəti Türkiyənin dövlət qulluğu sistemi ilə yaxından tanış olmaq məqsədi ilə bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyi, Dövlət Kadrlar İdarəsi, Dini İşlər İdarəsi və Elmi-Texnoloji Araşdırmalar Qurumunda olublar. Fəaliyyət Proqramına əsasən, Türkiyənin dövlət qulluqçuları ötən ilin 31 oktyabr – 4 noyabr tarixlərində Azərbaycana səfər ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR