Azərbaycan və San-Marino arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və San-Marino arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb
# 12 aprel 2012 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda keçirilən beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan və San-Marino arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

«APA-Economics»in məlumatına görə, sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, San-Marino tərəfindən isə bu ölkənin turizm, idman və iqtisadiyyatın planlaşması naziri Fabio Berardi imzalayıblar.

Ə.Qarayev bildirib ki, San-Marinonun cırtdan ölkə olmasına baxmayaraq, bu ölkənin turizm potensialı çox böyükdür.

F.Berardi isə qeyd edib ki, San-Marino Azərbaycandan olan turistlərə yüksək səviyyəli xidmətlər göstərməyə hazırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR