Azərbaycanın xarici işlər naziri Türkiyə, Ukrayna, Çernoqoriya və Yeni Zelandiyanın xarici işlər nazirləri ilə görüşüb
20 aprel 2012 07:19 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçirilən ISAF iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfəri çərçivəsində Türkiyə, Ukrayna, Çernoqoriya və Yeni Zelandiyanın xarici işlər nazirləri ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirilən görüşdə tərəflər ölkələr arasında artan dinamik əməkdaşlıqdan məmnunluq hissini bölüşərək regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Yeni Zelandiyanın xarici işlər naziri Murray McCully ilə ikitərəfli görüş zamanı tərəflər iki dövlət arasında münasibətlərin inkişafı perspektivinə dair fikir mübadiləsi aparıb. Bu xüsusda Yeni Zelandiya naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib. Görüşdə tərəflər qarşılıqlı rəsmi səfərlərin edilməsi barədə razılığa gəlib.
E. Məmmədyarovun Gürcüstan, Ukrayna və Çernoqoriyadan olan həmkarları ilə görüşlərində tərəflər arasında qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

Xarici siyasət
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:29
18 may 2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
20:24
18 may 2024
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024