İsmayıllıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
19 iyun 2012 13:26 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 26-cı kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb. İsmayıllı şəhər sakini Sadıqov Elvin Sadıq oğlunun idarə etdiyi 21-BA-500 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşını qarşı tərəfdən gələn Babayev Kənan Rauf oğluna məxsus 90-HO-452 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisə
Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib
17:37
22 may 2024
Şahbuzda avtomobil aşıb, 4 yeniyetmə xəsarət alıb
16:37
22 may 2024
Zabratda açıq ərazisdə olan yanğın söndürülüb - VİDEO
15:56
22 may 2024
Daşkəsəndə orta məktəbdə 20 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanılıb
15:12
22 may 2024