Şahbuzda avtomobil aşıb, 4 yeniyetmə xəsarət alıb

Şahbuzda avtomobil aşıb, 4 yeniyetmə xəsarət alıb
# 22 may 2024 16:37 (UTC +04:00)

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Külüs kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində 4 nəfər kənd sakini - 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR