Azərbaycanda yük maşınının dərəyə yuvarlanması nəticəsində iki nəfər ölüb

Azərbaycanda yük maşınının dərəyə yuvarlanması nəticəsində iki nəfər ölüb
# 26 iyul 2012 10:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İsmayıllı rayonunda ağır yol qəzası baş verib.
İsmayıllı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Daxar kəndində qeydə alınıb. Kənd sakini Nemət Bayramov «QAZ-66» markalı avtomaşını idarə edərkən, onu dərəyə aşırıb. Nəticədə Nemət Bayramov və sərnişinlərindən İlham Ağayev hadisə yerindəcə keçiniblər. Xəsarət alan digər sərnişin Kamran Ağayev isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR