Bərdədə 5 yaşlı uşaq su kanalına düşərək boğulub
10 sentyabr 2012 09:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda azyaşlı uşaq faciəli şəkildə ölüb. Bu barədə APA-ya Bərdə rayon Prokurorluğundan bildirilib.
Hadisə Bərdə rayonunun Lənbəran kəndində qeydə alınıb. Kənd sakini 5 yaşlı Faiq Abdullayev kənd ərazisindəki su kanalına düşərək boğulub. Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.