Gəncədə naməlum maşının vurduğu bir ailənin üç üzvü hadisə yerində həlak olub

Gəncədə naməlum maşının vurduğu bir ailənin üç üzvü hadisə yerində həlak olub
# 01 oktyabr 2012 10:14 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə dünən Gəncə şəhərində qeydə alınıb. Şəhər ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, qızı Vəfa Vəliyeva və nəvəsi Xatun vurulub. Nəticədə hər üç piyada aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR