Elmar Məmmədyarov Argentina-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərini qəbul edib

Elmar Məmmədyarov Argentina-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərini qəbul edib
# 04 oktyabr 2012 17:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Argentina-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə APA XİN mətbuat xidmətinə istinadən məlumat verir.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirmiş və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Ölkələr arasında son illər istər siyasi, istərsə də iqtisadi sahələrdə əməkdaşlığın genişləndiyini, artan qarşılıqlı təmasların bu münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən Nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüquq əsasında həllinin zəruriliyini nəzərə çatdırıb.

Argentina nümayəndə heyətinin üzvləri ölkəmizə səfərindən məmnun olduqlarını və ölkəmizdə və paytaxt Bakı şəhərində gedən inkişafın onlarda xoş təəssürat yaratdığını qeyd ediblər. Azərbaycan və Argentina arasında son illərdə ikitərəfli münasibətlərin genişlənməsinin gələcəkdə əməkdaşlığın daha da sıxlaşdırılması üçün imkanlar yaratdığını vurğulayıblar.

Həmçinin iqtisadi sahədə əlaqələrin genişlənməsi üçün kənd təsərrüfatı, neft istehsalı və emalı sahələrində imkanların olduğunu və hər iki ölkənin işgüzar dairələri arasında bu imkanların nəzərdən keçirilməsinin əhəmiyyətini nəzərə çatdırıblar. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Argentina nümayəndə heyəti münaqişənin beynəlxalq hüquq əsasında və beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR