Yaxın günlərdə oktyabr ayının pensiyaları pensiyaçıların hesabına köçürüləcək

Yaxın günlərdə oktyabr ayının pensiyaları pensiyaçıların hesabına köçürüləcək
# 10 oktyabr 2012 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu gündən Bakı şəhəri üzrə oktyabr ayı üçün 52 mln. manat həcmində pensiya təminatı üzrə vəsaitləri pensiyaçıların hesabına köçürməyə başlayıb. «APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, yaxın günlərdə ölkənin digər rayonları üzrə də köçürmələr başa çatacaq. «Yaxın günlərdə daha 60 mln. manatın köçürülməsi nəzərdə tutulur. Ümumiyyətlə yaxın günlərdə bütün ölkə üzrə pensiya təminatı tam təmin ediləcək», - deyə DSMF başçısı bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR