Berlində Müslüm Maqomayevin xatirəsi yad edilib

Berlində Müslüm Maqomayevin xatirəsi yad edilib
# 23 oktyabr 2012 12:53 (UTC +04:00)
Bakı-APA. Berlində fəaliyyət göstərən “Bakılı” klubunda Azərbaycanın korifey sənətkarı Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi təşkil edilib. Diasporla İş üzrə Dövlət Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Müslüm Maqomayev – Azərbaycan estradasının unudulmaz səsi” adlanan tədbir Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) dəstəyi ilə keçirilib.
Klubun sədri Elmira Əşrəfova tədbiri açaraq qonaqları salamlayıb və unudulmaz sənətkarın həyatı və sənət yaradıcılığından söhbət açıb. Daha sonra Alman-Rus Şairlər Birliyinin sədri Emiliya Donskaya, Azərbaycan diasporunun təmsilçiləri Roman Şabayev, Ağa Talıbov, eləcə də Ağakərim Mahmudov tədbirdə çıxış etmiş və müğənni haqqında ürək sözlərini söyləyiblər.

Tədbirdə Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının video yazısı nümayiş etdirilib və gecəni onun mahnıları müşayiət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR