Bakıda Azərbaycan-Şimali Reyn-Vestfaliya İqtisadi Forumu keçiriləcək

Bakıda Azərbaycan-Şimali Reyn-Vestfaliya İqtisadi Forumu keçiriləcək
# 27 iyun 2012 08:05 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə DAWF Alman-Azərbaycan İqtisadi İttifaqından məlumat verilib.

Səfər çərçivəsində iyulun 2-də işgüzar birja və I Azərbaycan-Şimali Reyn-Vestfaliya İqtisadi Forumu keçiriləcək. Tədbir «NRW. International» və Dortmund Sənaye və Ticarət Palatası, «NRW. Invest» və OMV Şərqi və Mərkəzi Avropa Birliyinin birgə təşkilatçılığı, Şimali Reyn-Vestfaliya əyalətinin İqtisadiyyat, Enerji, Tikinti və Nəqliyyat Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, «Azpromo» və DAWF-ın dəstəyi ilə keçiriləcək.

Forumda əsasən maşınqayırma, tikinti, kənd təsərrüfatı texnikası, kimya sənayesi, nano-texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

Rəsmi hissədən sonra keçiriləcək işgüzar birjada Almaniya və Azərbaycan sahibkarları arasında işgüzar əlaqələrin qurulması, mövcud əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məqsədilə ikitərəfli işgüzar danışıqlar aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR