Azərbaycanın ABŞ-dakı səfiri “Stratfor” Mərkəzinin analitikləri ilə görüşüb - FOTO

Azərbaycanın ABŞ-dakı səfiri “Stratfor” Mərkəzinin analitikləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 08:33 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfəri çərçivəsində paytaxt Ostin şəhərində Amerikanın aparıcı geosiyasi araşdırma mərkəzlərindən biri hesab edilən “Stratfor” Analitik Mərkəzində analitiklərlə görüş keçirib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşün moderatoru sözügedən Mərkəzin yaradıcısı və rəhbəri Corc Fridman olub.

E.Süleymanov Cənubi Qafqaz regionunun strateji önəmi barədə məlumat verərək, ölkəmizin İran və Rusiya ilə sərhədə malik yeganə dövlət olmasının Azərbaycanın xarici siyasətinə təsiri, Azərbaycan hökumətinin yürütdüyü balanslaşdırılmış xarici siyasət barəsində danışıb. Region dövlətləri ilə münasibətlərə toxunan səfir Azərbaycanın Gürcüstanla dost münasibətinin qarşılıqlı faydalı olduğunu bildirib, Ermənistanın regional layihələrə, ümumilikdə inteqrasiya proseslərinə cəlb olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruri element olduğunu əlavə edib.

Regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinə toxunan səfir Azərbaycanın bundan öncəki təşəbbüslərin icrası zamanı etibarlı müttəfiq imici formalaşdırdığını bildirib, Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın mühüm rolu barəsində danışıb.

Qeyd edək ki, Texas ştatına səfər zamanı səfir E.Süleymanovun ABŞ-ın enerji mərkəzi kimi tanınan Hyuston şəhərində enerji mövzusu üzrə ixtisaslaşmış mətbuat nümayəndələri ilə dəyirmi masa formatında keçirilmiş görüşündə Azərbaycanın enerji diplomatiyası, ARDNŞ-ın fəaliyyət sahələri, gündəlikdə duran enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR