AMİP-in 20 illik yubiley tədbirlərinə start verilib

AMİP-in 20 illik yubiley tədbirlərinə start verilib
# 18 may 2012 10:42 (UTC +04:00)
Bakı – APA. Bakı, Abşeron və Sumqayıt şəhər və rayon təşkilat sədrlərinin iştirakı ilə AMİP Siyasi Şurasının genişləndirilmiş növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət, müxalifətdaxili inteqrasiya məsələləri, AMİP nümayəndə heyətinin Brüssel səfəri geniş müzakirə olunub.

Siyasi Şura müstəqil Azərbaycanın ilk qeydiyyatdan keçmiş siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasının 20 illiyinin qeyd olunması ilə əlaqədar məsələni də müzakirə edib. Baş katib Arzuxan Əlizadənin sədrliyi ilə yubiley tədbirlərinin keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsinin toplanması barədə qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR