“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərindən 7444-ü “məqbul” alıb

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərindən 7444-ü “məqbul” alıb
# 15 may 2012 13:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlərdən 7444 nəfəri müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıb. İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Bir abituriyent imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiyinə görə akt tərtib olunub və o, imtahana buraxılmayıb.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
TQDK imtahan nəticələrini təhlil edərək “Azərbaycan dili” imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbul”la qiymətləndirilməsi barədə qərar qəbul edib.
Mayın 13-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2012-ci il iyunun 24-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR